29 İyun 2026
Ölkə futbolu

“Kəpəz”dən heç-heçə, “Neftçi” uduzdu – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulacaq. 

İdmanxeber.az xəbər verir ki, günün ilk qarşılaşmasında 9-cu pillədə qərarlaşan “Kəpəz” Tovuzda 3-cü yerdəki “Araz-Naxçıvan”ı sınağa çəkib. Qarşılaşmada hesab açılmayıb – 0:0.

Turun son matçında isə “Neftçi” öz meydanında “Zirə”ni sınağa çəkib. Qarşılaşma qonaqların qələbəsilə başa çatıb – 4:2.

“Ağ-qaralar” hazırda 35 xalla 6-cı, Rəşad Sadıqovun komandası isə 58 xalla ikinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası, 30-cu tur

13 aprel

17:00. “Kəpəz” – “Araz-Naxçıvan” 0:0
Hakimlər:
 Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev

VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Tovuz şəhər stadionu

19:15. “Neftçi” – “Zirə” 2:4

Qollar: Filip Ozobiç, 9 (1:0), Edvin Kuç, 23 (2:0), Rafael Utziq, 43 – pen. (2:1), Davit Volkov, 61 (2:2), Rafael Utziq, 75 – pen. (2:3), Ceyhun Nuriyev, 77 (2:4)
Hakimlər:
 Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov

VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
“Neftçi Arena”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43