29 İyun 2026
Ölkə futbolu

“Oyundan-oyuna daha məzmunlu çıxış edirik” – Azər Bağırov

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 30-cu turunda “Araz-Naxçıvan”la 0:0 hesablı heç-heçə etdikləri oyunu şərh edib. 

İdmanxeber.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

“Çempionatın liderlərindən olan rəqibə qarşı mənə elə gəlir ki, uşaqlar möhtəşəm oynadılar. Oyundan-oyuna daha məzmunlu çıxış edirik. Düzdü, epizodlarımız qolla nəticələnmədi. Amma mübarizəyə görə uşaqlara təşəkkür edirəm. Düşünürəm ki, biz iki xal itirdik. Azarkeşlərə də dəstəyə görə minnətdarıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43