“Kəpəz”in zədəli futbolçusu Vurğun Hüseynov əməliyyat olunmayacaq.
İdmanxeber.az-a verilən məlumata görə, mövsümün əvvəlində komandaya cəlb olunan, lakin rəsmi matçda debüt edə bilməyən təcrübəli futbolçu məşqlərin birində ayağından zədə almışdı. Həkimlər daha öncə Hüseynovun əməliyyat olunacağını və azı 2 ay yaşıl meydanlardan kənar qalacağını bildirsə də, təcrübəli mərkəz müdafiəçisi müalicə üsulu ilə yenidən komandaya qoşula biləcək.
35 yaşlı futbolçu 2 həftəlik müalicə proqramının ardından komandaya qoşulacaq. Onun qarşıdakı “Qarabağ” və “Araz Naxçıvan”la matçlardan sonra “Kəpəz”ə kömək edə biləcəyi bildirilir.

