20 İyul 2026
Ölkə futbolu

“Kəpəz”in Azərbaycana gətirdiyi futbolçuda problem çıxa bilər – bu gün bəlli olur 

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə klubu bir müddətdir Vasilye Terziçlə danışıq aparır. Çerneqoriyalı futbolçu artıq ölkəmizdədir.

Tərəflər razılığa gəlsələr də, transfer baş tutmaya bilər. Belə ki, 26 yaşlı yarımmüdafiəçinin səhətində problem olduğu bildirilir.

O, “sarı-göylər” üçün bu gün tibbi baxışdan keçəcək. Əgər futbolçunun sağlamlığında problem aşkarlanmasa, onunla müqavilə bağlanacaq.

Əks təqdirdə isə transfer baş tutmayacaq.

Terziç ötən mövsümü Çerneqoriyanın “Otrant Olimpik” klubunda keçirib. O, meydana çıxdığı 13 oyunda heç nə ilə yadda qalmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43