12 İyul 2026
Ölkə futbolu

“Kəpəz”in yeni rəhbəri açıqlandı 

“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Namiq Qədirov İdarə Heyətinin yeni sədri seçilib. İdarə Heyətinə üzv seçilən Fərman Əlizadə sədrin idarəçilik məsələləri, Erkin İbrahimov isə idman məsələləri üzrə müşaviri təyin olunub.

İdarə Heyətinin sədri və üzvləri Məşq Mərkəzi və “Kəpəz” Futbol Akademiyası ilə tanış olublar. Əsas komandanın məşqçilər korpusu və futbolçularla görüşüblər. Onlar həmçinin məşq prosesini izləyiblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43