27 İyul 2026
Ölkə futbolu

Gəncədə yerli azarkeşləri əsəbləşdirən sabiq “Kəpəz”li: “Onlarla hər hansı bir problemim yoxdur”

“Bizim üçün çox vacib oyun idi. Mütləq qalib gəlməliydik. Çətin olacağını bilirdik, amma yaxşı hazırlaşmışdıq. Yaxşı oyun keçirdik və layiqli qələbə qazandıq”.

Bu sözləri idmanxeber.az saytına “Qəbələ”nin futbolçusu Ahmet Ayazaya “Kəpəz” qələbəsi barədə danışarkən deyib. Sabiq klubuna qarşı meydanda kifayət qədər arqessiv görünən nigeriyalı bunun xüsusi bir səbəbinin olmadığını bildirib:

“Onlarla hər hansı bir problemim yoxdur. “Kəpəz”ə hörmət edirəm. Amma öz komandam üçün əlimdən gələni etməliyəm. Yalnız bu barədə düşünürəm. Meydanda sadəcə öz futbolumu oynayırdım. Onlarla heç bir problemim yoxdur”.

Təcrübəli oyunçu “qırmızı-qarlarar”ın mövsümə yaxşı başlamadığını sonradan toparlandığını bildirib:

“Çempionata startımız istədiyimiz kimi olmadı. Amma indi daha yaxşıyıq. Yavaş-yavaş özümüzə gələcəyik. Futbolda bəzən çətin anlar olur. Əsas olan komanda ola bilməkdir. “Qəbələ” iki ildir avrokuboklara vəsiqə qazanır. Bu il də bunu bacara bilərik. Addım-addım hədəfə çata bilərik”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43