Ölkə futbolu

“Kəpəz”lə keçirdiyimiz oyunlarda bir hadisə baş verir” – Rəşad Sadıqov

“Qələbə üçün hücumda dəqiqlik, müdafiədə daha diqqətli oynamaq çatmadı. Qapı dirəyindən qayıdan zərbəmiz, vurduğumuz qolun ələ toxunması. Bütün həftə ərzində əsas təhlil etdiyim rəqibin standart vəziyyətlərdən vurduğu qollar idi. Səhv etmirəmsə 4 və ya 5 qolları var. Bununla bağlı çox danışmışdıq. Hətta oyundan əvvəl də “Turan Tovuz”a buraxdığımız qolu göstərib, təhlil etdik. Bilirdik ki, rəqib bu məqamlarda təhlükəlidir. Amma təəssüflər olsun ki, futbolçular bu məsələdə tapşırığımı diqqətə almayıb və belə boşluq yaratdılar. İlk hissənin sonunda qol buraxmağımız qələbəmizə mane oldu”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Kəpəz”lə oyun (1:1) sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Vladislav Kulaçın zədələnməsi planlarınızı pozdu?
-Təbii ki. Əgər hücumda olan əsas qol silahın zədələnib, meydanı tərk edirsə, bu, böyük itkidir. Həm psxiloji, həm də oyun keyfiyyəti baxımından. Onun kimi təcrübəli oyunçu gəldi, zədələndi. İndi də mövsümün sonunda yenə zədələndi. Ümumiyyətlə, hər dəfə “Kəpəz”lə keçirdiyimiz bütün oyunlarda bir hadisə baş verir.

-Sona iki tur qalıb və Avrokuboklara getmək ehtimalınız daha da azalır. “Zirə” vəsiqə qazanmasa, bu, sizin üçün nə demək olacaq?
-Əlbəttə, çox məyusedicidir. Biz bu məsələni müzakirə etmişik və nəzərə almışıq ki, Avrokuboklara getməyimiz alınmaya bilər. Müəyyən xal itkilərindən sonra zatən durumumuz çətin idi. Amma yenə də sona qədər mübarizə aparmağa çalışırıq. Bu gün “Kəpəz”i məğlub edib, növbəti turda qarşılaşacağımız rəqibi basqı altında saxlamaq olardı. Amma bu oyunda xal itiririksə, qələbə qazana bilmiriksə, bu rəqibə üstünlük verir. Vəziyyətimiz onsuzda çətin idi, bu xal itkisi lap çətinləşdirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43