Dünya futbolu

Kafu “Qarabağ” – “Arsenal” matçı barədə danışıb – “Özünə inanıb oynamalısan”

“Meydanda hər şey ola bilər”

İdmanxeber.az-ın məlumatına görə, Bakıda səfərdə olan braziliyalı ikiqat dünya çempionu Kafu jurnalistlər üçün keçirdiyi brifinqdə açıqlama verib. O, “Qarabağ”ın oyunundan da danışıb:

“Meydanda hər şey ola bilər. Təbii ki, bunu üçün ilk öncə özünə inanıb oynamalısan. Təəssüf ki, ötən mövsüm “Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarına baxmamışam.

“Azərbaycan çempionatındakı brazilyalı oyunçuları tanımıram. Çünki brazilyalı oyunçular o qədər çoxdur ki, hər çempionatda tapmaq olar. Bakıya gəldikdən sonra Azərbaycan futbolu ilə daha yaxından maraqlanmağa başladım. FIFA-nın yeni layihələri çərçivəsində Bakıya yenidən səfər edə bilərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43