28 İyun 2026
Ölkə futbolu

Kamilo Duranın son durumu necədir?

“Qarabağ”ın futbolçusu Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır.

İdmanxeber.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl” ilə cavab oyununda zədələnən kolumbiyalı barədə həkimlərin yekun rəyini gözləmək lazımdır.

Qeyd edək ki, vinger İngiltərə klubu ilə matçın ikinci hissəsində zədələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43