Millimizin qolkiperi Kamran Ağayev “Kayserispor”dan rəsmən ayrılıb.
İdmanxeber.com sportal.az-a istinadən xəbər verir ki, qolkiperimizi Superliqaya yeni vəsiqə qazanmış “Antalyaspor” transfer etmək istəyir. Baş məşqçi Yusuf Şimşekin transfer siyahısında ilk pillədə yer alan qapıçımız üçün artıq klub rəhbərliyi Ağayevin meneceri ilə danışıqlara başlayıb. Hazırda müqavilənin detalları müzakirə olunur.
Bu barədə saytımıza açıqlamasında futbolçunun təmsilçisi Asim Musayev məlumat verib.
Qeyd edək ki, “Antalyaspor” ulduz futbolçular Samuel Eto və Ronaldinyonu transfer edib.