12 İyul 2026
Kateqoriyasız

Kamran Ağayev oynamadı, komandası xal itirdi

Türkiyə PTT 1-ci liqasında 31-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” “Antalyaspor”u qonaq edib.

Oyunda hesab açılmayıb – 0:0. Zədəli olan Kamran bu görüşdə forma şansı qazanmayıb.

Qeyd edək ki, “Kayserispor” hazırda 63 xalla birinci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43