Dünya futbolu

Kamran Ağayev yenə oynamayacaq

Bu gün Çexiya I Liqasında 2-ci tura yekun vurulacaq.

Milli komandamızın qolkiperi Kamran Ağayevin formasını geyindiyi “Mlada” klubu doğma meydanda “Sparta” ilə qarşılaşacaq. Sözügedən oyunda Kamranın Praqa klubuna qarşı oynamayacağı gözlənilir. Buna səbəb isə Boleslav təmsilçisinin “çərçicə qoruyucusu”nun yüngül zədəsi və artıq çəkisinin olmasıdır.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

İlk turdan sonra “Mlada”nın aktivində xal yoxdur. “Sparta” isə açılış turunda 1 xal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43