Ölkə futbolu

“Qəbələ” “Lokomotiv”lə heç-heçə etdi

“Qəbələ”nin əvəzedici komandası növbəti yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” Gürcüstanda keçirilən təlim-məşq toplanışı çərçivəsində son matçda qüvvəsini sınayıb. Öncə Tbilisi “Dinamo”su (0:0) və “Saburtalo”nun (3:1) əvəzediciləri ilə görüşən Elmar Baxşıyevin yetirmələri qonşu ölkədəki üçüncü qarşılaşmasında “Lokomotiv”lə görüşüb.

“Dəmiryolçular”ın əvəzedici heyəti ilə matçda hesabı “Qəbələ” açıb. Nurlan Quliyevin penaltidən vurduğu qol “qırmızı-qaralar”a fasiləyə üstün yollanmağa imkan verib. Lakin meydan sahibləri oyunun ikinci yarısında fərqlənməyə nail olub – 1:1.

Beləliklə, “Qəbələ” Gürcüstan toplanışını heç-heçə ilə başa vurub. Bu gün Qəbələyə qayıdacaq “qırmızı-qaralar” ikigünlük istirahətdən sonra çempionatın ilk turunun hazırlıqlarını davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43