Kateqoriyasız

Kamran Ağayevin problemi həllini tapdı

Millimizin qapıçısı Kamrna Ağayev yeni komandası “Karşıyaka”da ilk turdaca debüt edə biləcək.

İdmanxeber.com-un məlumatına görə, İzmir klubunun Sosial Güvənlik Qurumundan borcunun olmadığına dair müvafiq sənədi almaqda problem yaşayıb. Lakin axşam saatlarına kimi məsələ həllini tapıb. 

“Karşıyaka” rəhbərliyi Türkiyə Futbol Federasiyası ilə danışıqlar apararaq, məsələnin müsbət həllinə nail olub. Nəticədə, Kamran da daxil olmaqla, bütün yeni transferlərin ilk turdan etibarən meydana çıxmasına razılıq alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43