Kateqoriyasız

Kapitan 150-ci oyununu keçirdi

Asif Məmmədov Premyer Liqada 150-ci dəfə “Qəbələ” forması geyinib.

İdmanxeber.az xəbər verir ki, kapitanın yubileyi XXV turun “Zirə” ilə görüşündə gerçəkləşib. 90 dəqiqə meydanda olan futbolçu 3:0 hesablı qələbəyə sevinib.

Asif “Qəbələ”nin heyətində 2006/07 mövsümündə debüt edib. 8 illik fasilədən sonra 2015-ci ilin yayında komandaya dönən oyunçu indiyədək 150 çempionat matçında 13 qola imza atıb. O, “qırmızı-qaralar”ın Premyer Liqada ən çox oyun keçirən futbolçuları arasında yalnız Urfan Abbasovdan (200) geri qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43