Ölkə futbolu

Karikari Albaniya klubu ilə danışıq aparır – İddia

“Neftçi”dən göndəriləcəyi gözlənilən Kvame Karikari karyerasını Albaniyada davam etdirə bilər.

Albaniya mətbuatının məlumata görə, qanalı forvard “Partizani”nin maraq dairəsindədir. 26 yaşlı futbolçunun sözügedən klubla danışıq apardığı iddia olunur. Bir müddətdir afrikalı oyunçunu diqqət mərkəzində saxlayan “Partizani”nin onun keçidini məhz qış fasiləsində həll etməyə çalışdığı bildirilir.

Qeyd edək ki, Karikari bu mövsümün əvvəlindən “Neftçi”də çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43