04 İyun 2026
Ölkə futbolu

“Karvan” iki futbolçusu ilə yolları ayırdı

Misli Premyer Liqası təmsilçilərindən “Karvan” iki futbolçusu ilə vidalaşıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rəhman Şabanov və Ceyhun Bağırzadə ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

“Karvan” xidmətlərinə görə oyunçulara təşəkkür edib, onlara gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Karvan” bunadək Emil Qasımov, Ezekiel Morqan, Bəhruz Teymurov,  İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşhavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipour, Begzod Khulikulov, Roman Hüseynov və Kənan Quliyevlə də vidalaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43