08 İyul 2026
Ölkə futbolu

“Karvan” iki futbolçusu ilə yollarını ayırdı – RƏSMİ

2025/26 mövsümündə Misli Premyer Liqasında mübarizə aparacaq “Karvan” daha iki futbolçusu ilə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, 24 yaşlı müdafiəçi İzzət Müştaqov və 23 yaşlı müdafiəçi Elvin İsmayılovla başa çatan müqavilələr yenilənməyib.  Yevlax təmsilçisi futbolçuların hər birinə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Hər iki oyunçu 2023-cü ilin yayından “Karvan”ın formasını geyinirdi.

Xatırladaq ki, “Karvan” bunadək Emil Qasımov, Ezekiel Morqan və Bəhruz Teymurovla da vidalaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43