Ölkə futbolu

“Karvan”ın baş məşqçisi: “Ramin Musayevlə görüşmək istədim, dedilər avqustun 1-i işə çıxacaq”

Yevlaxın "Karvan" klubunun yenidən böyük futbola qayıtması ilə bağlı xəbər vermişdik. 

İdmanxeber.com-un əməkdaşı ilə söhbətində komandadakı son durumdan danışan baş məşqçi Kənan Kərimov əsas işləri həyata keçirdiklərini bildirdi: "Bildiyiniz kimi, komandanın çempionatda iştirak etməsi üçün bank təzminatı lazımdı. Çalışırıq bu məsələləni yoluna qoyaq. Bundan başqa, Ramin Musayevlə görüşmək istədim, dedilər avqustun 1-i işə çıxacaq. Hazırda məzuniyyətdədi. Ancaq istənilən halda artıq PFL-in xəbəri var. Onlar da sevinirlər, "Karvan"ın qayıtmağına".

 Hazırda məşqlərini davam etdirdiklərini söyləyən Kərimov azarkeşlərini sevindirəcəklərinə ümid edirlər: "İnşallah, I Divizionda çıxış etsək, Yevlax sakinlərinə yaxşı futbol göstərmək istəyirik. Avqustun 5-nə kimi hər şey aydın olacaq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43