Premyer Liqa

Kaxaber Sxadadze: “Bu futboldur, boks deyil”

Premyer Liqanın 15-ci turunda “İnter” səfərdə “Bakı”nı minimal hesabla məğlub edərək turnir cədvəlində 4-cü pilləyə yüksəlib – 1:0. Matçsonrası qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze fikirlərini açıqlayıb:

“Hücumda oyunumuz alınmadı, ancaq müdafiənin yaxşı intizamlı oyunu sayəsində və əlimizə düşən epizodu qola çevirməklə bu oyunda qalib gəldik. Düzdür, səhvlərimiz çox oldu, lakin futbolçularım var gücləri ilə çıxış etdilər. Xarakter göstərdik və 3 xal qazandıq. Komandamı təbrik edirəm, irəliyə baxmalıyıq. “Neftçi” ilə yaxşı hücum futbolu oynadıq, bu gün isə hücumda oyunumuzun niyə alınmadığını müəyyənləşdirməliyik. Xahiş edirəm ki, bizim futbolçunu dirsəklə vurduqları epizodu aydınlaşdırsınlar. O, beyin silkələnməsi aldı. Heç vaxt futbolçumdan başqa futbolçunu sındırmasını istəməmişəm, bunu etmək olmaz. İnsanın əlindən çörəyini almaq olmaz. O, bunu öz sağlamlığı ilə qazanır. Ümid edirəm ki, İntizam Komitəsi bunu aydınlaşdıracaq. Bu hadisə mənim futbolçumun, oğlumun başına gəldiyi üçün demirəm. Bu futboldur, boks deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43