Premyer Liqa

Nazim Süleymanov “Sumqayıt”la oyun haqda nələr danışdı?

Premyer Liqanın 15-ci turunda “Neftçi” səfərdə “Sumqayıt”la qarşılaşdı. Rəqibini 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi turnir cədvəlində vahid liderliyi ələ keçirdi.

Oyunsonrası keçirilən mətbuat konfransında “flaqman”ın baş məşqçisi Nazim Süleymanov matç haqda danışdı:

“Hava şəraiti pis olsa da, qələbə qazana bildik. Turnir cədvəlində layiqli yerimizi tutduq. Komandaya təşəkkür edirəm”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43