Kateqoriyasız

“Kayrat” – “Qarabağ” matçının hakimləri bilindi

UEFA Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Kayrat” (Qazaxıstan) – “Qarabağ” matçının hakimləri açıqlanıb.

İdmanxeber.az UEFA-nın saytına istinadən xəbər verir, qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Dumitri Muntean olacaq. Ona yan xətt hakimləri Andrey Bodean və Viktor Mardari kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Veaçeslav Banari yerinə yetirəcək.

Noyabrın 4-də keçiriləcək “Kayrat” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43