Azərbaycan Premyer Liqasının III turunda səfərdə “Neftçi” ilə görüşəcək “Kəpəz” bu gündən oyunun hazırlığına başlayıb.
İdmanxeber.com-un məlumatına görə, “sarı-göylər” tarixi derbiyə Bakıda hazırlaşır.
Komanda məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında keçir. “Kəpəz”in oyundan öncəki son məşqi matçın keçiriləcəyi arenada olacaq.
Qeyd edək ki, “Neftçi” – “Kəpəz” qarşılaşması avqustun 25-də baş tutacaq.