Ölkə futbolu

Premyer Liqa: III turun bir görüşünün başlama saatı artıq bəllidi

Azərbaycan Premyer Liqasının 3-cü turunda keçiriləcək “Zirə” – “Sumqayıt” oyununun başlama saatı müəyyənləşib.

İdmanxeber.com-un Bakı klubunun rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, matç avqustun 26-ı saat 17:30-da başlayacaq.

Qeyd edək ki, 2 turdan sonra “Zirə” 6 xalla 1-ci, “Sumqayıt” 3 xalla 5-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43