İdman

“Kəpəz” – “Neftçi” matçından sonra tuneldə söz davası: “Düzü belə olmasını mən də istəməzdim” – ÖZƏL

Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilən “Kəpəz” – “Neftçi” matçından sonra insident yaşanıb.

İdmanxeber.com-un Gəncə şəhər stadionuna ezam olunan müxbirinin verdiyi məlumata görə, qarşılaşmanın final fitindən sonra paltardəyişmə otağına yollanan “Kəpəz”in futbolçularından Tural Rzayev tunaldə klubun inzibatçısı Cavid Əhmədovla söz mübahisənə çıxıb. Əhmədov əslən gəncəli olan yerlisini pis oynamaqda ittiahm edib. Rzayevin cavabı isə olduqca səs-küyə səbəb olub.

Məsələ ilə bağlı İdmanxeber.com-un əməkdaşına açıqlama verən Tural Rzayev bunları deyib: “Gəlib bu məsələni böyütməyək. Sadəcə xırda anlaşılmazlıq idi. Düzü, belə olmasını mən də istəməzdim, əgər səhvim varsa, üzr istəyirəm. Bu barədə danışmaq istəmirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43