Ölkə futbolu

“Kəpəz” rəqibinin meydanında son məşqinə çıxdı – FOTO

UEFA Avropa Liqasının II mərhələsinin ilk oyununda “Admira”nın qonağı olacaq “Kəpəz” oyunun keçiriləcəyi “NV Arena”da bu gün matç öncəsi son məşqini keçirib.

İdmanxeber.com-un məlumatına görə, Sankt-Pyölten şəhərində yerləşən stadionda “sarı-göylər”in məşqi təxminən bir saat sürüb.

İsinmə hərəkətləri və yüngül qaçışla başlayan hazırlıq prosesi daha sonra “kvadrat”la davam edib. Məşqin sonunda futbolçular müxtəlif məsafələrdən ötürmələr üzərində çalışıblar. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43