Ölkə futbolu

“Kəpəz” sabah məşqlərə başlayır

“Kəpəz” Premyer Liqada qarşıdakı mövsümün hazırlığına iyulun 4-də start verəcək.

İdmanxeber.com-un məlumatına görə,  “sarı-göylər” Bakıda məşqlərə başlayacaq. İlk məşq sabah saat 11:00-a təyin olunub. Komanda üzvləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda bir araya gələcək.

Paytaxtdakı hazırlıq müddətində “Kəpəz” iki yoxlama oyunu keçirəcək. İyulun 8-də keçiriləcək matçda Gəncə klubunun rəqibi həvəskarlar liqasının iştirakçısı “Bakı” olacaq. Bu oyun saat 17:00-da rəqib komandanın bazasında başlayacaq. İyulun 12-də isə “Kəpəz” elita təmsilçisi “Neftçi” ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43