15 İyul 2026
Premyer Liqa

“Kəpəz” yeni transferlərini açıqladı

“Kəpəz” heyətinə yeni oyunçular cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, Ərzurumda təlim-məşq toplanışında olan Gəncə təmsilçisi Türkiyəyə yollanmamışdan öncə iki futbolçu ilə anlaşıb.

Hazırlığın Bakı mərhələsinin sonunda son Aydın Qasımov və Sergey Çernışev ilə bir illik müqavilə bağlanıb.

Qasımov son olaraq “Qaradağ Lökbatan”da, Çernışev isə “Sumqayıt”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43