İdman

“Kəpəz”də hər şey qaydasındadı

“Kəpəz”in əsas komandasının zədəli futbolçuları sağalıb.

İdmanxeber.com-un məlumatına görə, ötən tur “Neftçi” ilə oyunu buraxan Murad Səttarlı və bakılılara qarşı görüşdə əzələsi dartılan Dieqo Souza sıraya dönüb. Hər iki futbolçu fərdi hazırlıqdan sonra komanda ilə birgə məşqlərə qoşulub. Onların həftəsonu “Keşlə” ilə görüşdə meydana çıxması məşqçilər korpusunun qərarına bağlıdır.

Qeyd edək ki, transfer vərəqəsini bu həftə alan Dario Frederiko da “Keşlə” ilə maçda komandasına kömək edə biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43