İdman

“Keşlə”də 4 yeni müqavilə

“Keşlə” Sezar Meza Kolli və Əlibəy Məmmədlinin müqavilə müddətini uzadıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, hər iki futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb.

Bundan başqa, yeni transferlər Miloş Bosançiç və Bahodir Nəsimovun paytaxt klubu ilə bağladığı müqavilənin müddəti də açıqlanıb. Onlar qarşıdakı mövsümün sonuna kimi “Keşlə”nin formasını geyinəcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43