05 İyul 2026
Dünya futbolu

Kevin De Bruyne ərəblərlə anlaşdı

“Mançester Siti”nin 33 yaşlı futbolçusu Kevin De Bruyne karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, belçikalı “Əl-İttihad”a keçməyə razılaşıb. Klub “Şəhərlilər”lə danışıqlarını davam etdirir.

Yarımmüdafiəçi 2015-ci ildən Mançester klubunun formasını geyinir. Belçikalının Premyer Liqa klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43