Millimizin hücumçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda İsveçrənin “Qrasshopper” komandasında çıxış edən futbolçu “Konyaspor”, “Sivasspor” və “Qaziantep” klublarının diqqətindədir.
Hətta Sivas və Qaziantep təmsilçilərinin azərbaycanlı forvard üçün “Qrasshopper”ə təklif göndərdiyi iddia olunub.
Qeyd edək ki, Renat Dadaşov 2022-ci ilin yayından İsveçrə klubunun formasını geyinir.

