“Liverpul” “Bavariya”nın yarımmüdafiəçisi Rayan Qravenberxi heyətinə qatmaq niyyətindədi
İdmanxeber.az-ın məlumatına görə, “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp bu yay 21 yaşlı futbolçunun transfer edilməsini istəyir. Qravenberx “Mançester Yunayted”in də maraq dairəsindədi.
Niderlandlı futbolçu 2022-ci ilin yayında “Ayaks”dan “Bavariya”ya keçib. O, klubda bütün yarışlarda 33 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Nüfuzlu “Transfermarkt” portalı oyunçunun dəyərini 30 milyon avro qiymətləndirir.

