PSJ-nin hücumçusu Kilian Mbappe gələn mövsümlə bağlı gözləntilərini bölüşüb.
İdmanxeber.az-ın məlumatına görə, fransalı futbolçu komandadan ayrılmayacağını bildirib. O, PSJ-də bir çox titullar qazanmaq istədiyini söyləyib:
“Növbəti mövsüm PSJ-dən nə gözləyirəm? Heç nə. Bura sadəcə futbol oynamaq üçün gəlmişəm. Klubla müqaviləm var, mən buradayam. Daha yaxşı olmağımız üçün rəhbərlik əlindən gələni edir. Qalanı mənim işim deyil”.
Mbappe mövsümü 29 qolla Liqa 1-in bombardiri kimi başa vurub. Ümumilikdə, hücumçu 2022/23 mövsümündə PSJ-nin heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 40 qol vurub, 10 məhsuldar ötürmə edib.
PSJ 85 xalla Fransa çempionu olub.

