27 İyun 2026
Ölkə futbolu

Komandanın forması olmadı, matç ləğv edildi – Azərbaycanda

Azərbaycan futbolunda daha bir maraqlı hadisə baş verib.

İdmanxeber.az-ın məlumatına görə, Həvəskarlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində baş tutmalı olan “Marafon” (Sabirabad) – “Beyləqan” matçı keçirilməyib. Buna səbəb qonaq komandanın ehtiyat formasının olmamasıdır.

Hər iki komanda meydana ağ rəngli idman geyimi ilə çıxıb. Əsasnamayə görə, forma seçimi şansı ev sahibi komandadır. Qonaqların alternativ geyimləri olmadığı üçün  hakimlər oyunu keçirməyib. 

Bu halda isə Beyləqan təmsilçisinə texniki məğlubiyyət verilməsi gözlənilir. Məsələ ilə bağlı yekun qərarı AFFA İntizam Komitəsi verəcək.

Xatırladaq ki, oyun avqustun 2-də baş tutmalı idi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43