15 İyun 2026
Ölkə futbolu

Konfrans Liqası: “Qarabağ”ın mümkün rəqibi bilindi

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan çempionu UEFA Avropa Liqasının III raundunda Finlandiya klubu HİK-ə məğlub olarsa, Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ”ın yer aldığı cütlüyün məğlubu ilk matçını səfərdə keçirəcək.

Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43