12 İyul 2026
Ölkə futbolu

Konfrans Liqası: “Zirə”, “Sabah” və “Araz Naxçıvan” klublarının potensial rəqibləri bəlli oldu

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

İdmanxeber.az xəbər verir ki, tədbirdə Azərbaycan klubları – “Zirə”, “Sabah” və “Araz-Naxçıvan”ın potensial rəqibləri də müəyyənləşib.

“Zirə” – “Hayduk” (Xorvatiya) cütünün qalibi “Atletik Klub Eskaldes” (Andorra) – “Dinamo Siti” (Albaniya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.

“Petrokub” (Moldova) – “Sabah” cütünün qalibi “Levski” (Sofiya, Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün güclüsü ilə üz-üzə gələcək.

“Araz-Naxçıvan” (Azərbaycan) – “Aris” (Yunanıstan) cütünün qalibi isə “Omoniya” (Kipr) – “Torpedo” (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə görüşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43