Kateqoriyasız

Konfrans Liqasının qalibi kim olacaq? – YENİLƏNİR

Bu gün UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olacaq.

İdmanxeber.az xəbər verir ki, ilk dəfə təşkil olunan turnirin final oyununda İtaliyanın “Roma” və Niderlandın “Feyenoord” komandaları üz-üzə gələcəklər. Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

UEFA Konfrans Liqası

Final

25 may

23:00. “Roma” (İtaliya) – “Feyenoord” (Niderland)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Tirana, Milli Arena.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43