Ölkə futbolu

“Kubok daha vacibdir, nəinki müqavilə” – Emin Mahmudov

“Neftçi”nin kapitanı Emin Aahmudov Azərbaycan Kubokunun “Qəbələ” ilə keçiriləcək final matçından öncə baş tutan mətbuat konfransında iştirak edib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu rəqib barədə xoş sözlər söyləyib. Mahmudov “Neftçi”nin mövsümü titulla tamamlamalı olduğunu bildirib:

“Yaxşı komandaya qarşı oynayacağıq. “Qəbələ” topla oynamağı sevir. Çalışırlar ki, daha çox topa nəzarət etsinlər. Öz oyunumuzu göstərərək, qələbə qazanmaq istəyirik. Finaldır. Hamı qazanmaq istəyir. Çalışacağıq ki, hər şeyi edək və kubok bizim olsun.

“Qəbələ” də bizim kimi kuboku istəyir. Ona görə də deməzdim ki, təzyiq bizdə daha çoxdur. Hər iki tərəfdə eynidir. Bütün komandalar titul qazanmağı hədəfləyir.

O, “Neftçi” ilə müqavilə bağlayıb-bağlamayacağı barədəki sualı belə cavablandırıb:

“Mənim üçün ilk kubok finalıdır. Bütün konsentrasiyam oyunadır. Müqavilə o qədər də böyük problem deyil. İndiki məqamda kubok daha vacibdir, nəinki yeni sözləşmə məsələsi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43