12 İyul 2026
Dünyadan

“Kyevo”nun futbolçusu döyülən qadını cinayətkardan xilas edib

İtaliyanın “Kyevo” klubun futbolçusu Medcorini yaşadığı evin qarşısında baş verə biləcək cinayət hadisəsinin qarşısını alıb.

İdmanxeber.com-un məlumatına görə, bu xəbəri “Football İtalia” yazıb.

Mənbədə deyilir ki, futbolçu yaşadığı evin qarşısında qadın qışqırıtısı eşidib. Dərhal hadisə yerinə düşən Medcorini qadının naməlum bir kişi tərəfindən döyüldüyünün şahidi olub. Futbolçu qadını cinayətkardan xilas edib və hadisə yerinə polislər gələnə qədər onu saxlayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43