Dünyadan

“Xarakterimizi göstərməliyik” – Smollinq

“Mançester Yunayted”in futbolçusu Kris Smollinq komandanın son çıxışları haqda danışıb.

idmanxeber.com-un məlumatına görə, klubun rəsmi saytına danışan futbolçu bunları deyib:

“Biz bacardığımız qədər tez “feyenord” məğlubiyyətini unutmalıyıq. Artıq “Uotford”la oyunumuz olacaq. yaxşı hazırlaşmalıyıq və öz xarakterimizi göstərməliyik. Çünki “Mançester Yunayted”in ardıcıl 3 oyun uduzmağa haqqı yoxdu”.

“Qırmızı şeytanlar” Avropa Liqasının qrup mərhələsinin birinci turunda “Feyenord”a uduzmuşdu (0:1).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43