Kateqoriyasız

Laval 50-ci oyununa çıxdı

“Neftçi”nin futbolçusu Yusuf Laval Premyer Liqada 50-ci oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının saytı bildirib. Onun yubileyi “Zirə” ilə 27-ci turun matçına təsadüf edib. Bu qarşılaşmada 24 yaşlı nigeriyalının komandası 0:1 hesabı ilə uduzub.

50 matçda 3 qol vuran yarımmüdafiəçi bütün oyunları “Neftçi”nin heyətində keçirib. Bakı klubunda 2020/21 mövsümündə debüt edən legioner həmin çempionatda 24 dəfə meydana çıxıb və 2 qol vurub. Cari mövsümdə 26 dəfə şans qazanan Lavalın hesabında 1 top var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43