Kateqoriyasız

“Legiya” azarkeşləri: “Səni sevirəm, Emreli” – Fotolar

“Legiya”nın “vuran ayağı” Mahir Emreli Varşava klubunun fanatlarının sevimlisinə çvrilib.

İdmanxeber.az-ın məlumatına görə, Emreli dünən Polşa kubokunda keçirilən “Suvalki” matç vaxtı  Azərbaycan dilində “Səni sevirəm, Emreli” pankartı ilə oyuna gələn azarkeşə avtoqraf verib.

Qeyd edək ki, Emreli Varşava təmsilçisinin 3:1 hesabı ilə qalib gəldiyi görüşdə komandasının sonununcu qolunun müəllifi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43