Kateqoriyasız

Millimizin oyunlarının başlama vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların başlama vaxtı məlum olub.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, noyabrın 12-də Avstriya, 16-da Norveç komandası ilə “Bakcell Arena”da keçiriləcək oyunlar saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43