08 İyul 2026
Dünya futbolu

Levandovski Avropanı tərk edəcək?

“Barselona”nın hücumçusu Robert Levandovski mövsümün sonunda klubdan ayrıla bilər.

İdmanxeber.az xəbər verir ki, polşalı futbolçunun müqaviləsi gələn ilin ortalarında başa çatır. Klub rəhbərliyi 2027-ci ilə qədər uzatma bəndinə baxmayaraq, yeni müqavilə təklif etməyi planlaşdırmır.

Levandovski “Barselona”nın qərarını gözləyir və hələlik digər klublarla danışıqlara başlamayıb.

Onun Səudiyyə Ərəbistanına keçidi ilə bağlı iddialar səslənsə də, Avropanı tərk edib-etməyəcəyi hələ bəlli deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43