Kateqoriyasız

“Lex”in bu futbolçuları “Qarabağ”a qarşı oyunu buraxacaq

“Lex” Çempionlar Liqasının I təsnifat mərhələsində sabah “Qarabağ”a qarşı keçirəcəyi oyunda 2 futbolçunun köməyindən istifadə edə bilməyəcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə Poznan təmsilçisinin baş məşqçisi Con van den Brom matçdan əvvəl baş tutan mətbuat konfransında deyib. O, polşalı müdafiəçi Bartoş Salamonun zədə, ispaniyalı yarımmüdafiəçi Dani Ramiresin isə klubdan ayrılmaq istədiyi üçün sözügedən görüşü buraxacağını deyib.

Sabah Poznandakı eyniadlı arenada baş tutacaq “Lex” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43