Dünyadan

“Leyptsiq” Bundesliqanın yeni lideri olub

Almaniya Bundesliqasında 11-ci turun oyunlarına dünən keçirilən bir görüşlə start verilib.

İdmanxeber.com-un məlumatına görə, "Bayer Leverkuzen" doğma divarlar arasında "Leyptsiq"i qəbul edib. Ev sahibi komandanın əsas qol ümidi Hakan Çalhanoğlunun qarşılaşmadan penalti zərbəsindən yararlana bilməməsi, "Leverkuzen"ə baha başa gəlib – 2:3.

Beləliklə, səfərdən qələbə ilə qayıdan və 27-ci xalını qazanan "Leyptsiq" liderliyi ələ keçirib. 

 

18 noyabr

“Bayer” – “Leyptsiq” – 2:3
Qollar:
 Kampl, 1 (1:0),  Baumqartner, 4-avtoqol (1:1), Brandt, 45+2 (2:1), Forsberq, 67 (2:2), Orban, 81 (2:3)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43