05 İyul 2026
Dünya futbolu

“Linkoln” – “Qarabağ”: kimdir favorit?

“Qarabağ” Çempionlar Liqası I təsnifat mərhələsində ilk oyununa çıxır.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi bu gün səfərdə Cəbəllütariq komandası “Linkoln”la qarşılaşacaq. Görüşdən öncə bukmeker konturları oyunun favoritini açıqlayıb.

Futbol biliciləri təmsilçimizi matçda aşkar üstün görüblər. Belə ki, qarşılaşmada “Qarabağ”ın qələbəsinə 1,29, ev sahibi komandanın qalibiyyətinə isə 9,51 əmsal təyin edilib.

Matçın heç-heçə bitməsi 4,95 kimi dəyərləndirilib.

“Linkoln” – “Qarabağ” matçı bu axşam Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43