12 İyun 2026
Dünya futbolu

Lionel Messi Peleyə çatdı

Lionel Messi MLS-də növbəti dəfə adından söz etdirib.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı hücumçu “Orlando Siti”yə 4:2 hesabı ilə qalib gəldikləri matçda dubla imza atıb. O, qollardan birini cərimə zərbəsindən vurub.

Bu qol Messinin karyerasında cərimə zərbəsindən 70-ci dəqiq zərbəsi olub. Bununla da o, Pelenin göstəricisini təkrarlayaraq ikinci pilləyə yüksəlib. Siyahıya 77 qolla Juninho Pernambucano başçılıq edir.

Mövsümə “Los-Anceles”ə 0:3 məğlubiyyətlə başlayan “İnter Mayami” bu qələbə ilə ilk xalını qazanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43