Kateqoriyasız

“Liverpul”da növbəti itki

İngiltərənin “Liverpul” klubu daha bir itki ilə üzləşib.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Endryu Robertson sıradan çıxıb.

27 yaşlı müdafiəçi Şotlandiya yığmasının düşərgəsində zədələnib. O, Danimarka ilə keçirilən DÇ-2022-nin seçmə mərhələ matçında (2:0) bud nahiyəsindən zədə alıb.

Robertson Premyer Liqada “Arsenal”, Çempionlar Liqasında isə “Portu” ilə keçiriləcək oyunları buraxa bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43